Bank Of Baku

Qulaməli Həddad Adel: “Azərbaycanın rifahı bizim rifahımız, Azərbaycanın inkişafı bizim inkişafımızdır”

Qulaməli Həddad Adel: “Azərbaycanın rifahı bizim rifahımız, Azərbaycanın inkişafı bizim inkişafımızdır”
# 23 noyabr 2007 14:28 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adelin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, O. Əsədov İran nümayəndə heyətinin Azərbaycana səfərinin parlamentlərarası əlaqələrin daha da dərinləşməsinə müsbət təsir göstərəcəyini deyib: “Bu günədək iki dövlət arasında 85 sənəd imzalanıb. Azərbaycan-İran münasibətləri iqtisadi, mədəni, humanitar sahələrdə yüksələn xətlə inkişaf etməkdədir. 2006-cı ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 380 milyon ABŞ dolları təşkil etmişdisə, cari ilin 6 ayı ərzində bu göstərici 450 milyon olub”. O. Əsədov bildirib ki, bu gün dinamik inkişaf edən Azərbaycanın ən ağrılı problemi Dağlıq Qarabağ münaqişəsidir: “Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində, ölkələrin ərazi bütövlüyünün toxunulmazlığı prinsipinə uyğun həllinə tərəfdarıq. İnanırıq ki, beynəlxalq birliyin səyləri nəticəsində münaqişə tezliklə ədalətli həllini tapacaq”. İran parlamentinin sədri isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb: “Azərbaycanın rifahı bizim rifahımız, Azərbaycanın inkişafı bizim inkişafımızdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR