Bank Of Baku

İctimai təşkilatların keçirmək istədiyi kütləvi aksiyanın vaxtı və yeri gələn həftə müəyyənləşəcək

İctimai təşkilatların keçirmək istədiyi kütləvi aksiyanın vaxtı və yeri gələn həftə müəyyənləşəcək
# 23 noyabr 2007 14:50 (UTC +04:00)
Ölkədə söz və mətbuat azadlığının təmin olunması ilə bağlı ictimai təşkilatların keçirmək istədiyi kütləvi aksiyanın vaxtı və yeri gələn həftə müəyyənləşəcək. Mitinq Komitəsinin sədri Eldar Namazovun APA-ya verdiyi məlumata görə, bununla bağlı noyabrın 26-da Söz azadlığını müdafiə komitəsinin növbəti toplantısı keçiriləcək və aksiya ilə bağlı son qərar burada qəbul olunacaq. E. Namazov qanunvericiliyə uyğun olaraq dekabrın 9-na təyin etdikləri aksiyanın vaxtını dəyişmək məcburiyyətində qaldıqlarını vurğulayıb. Onun sözlərinə görə, aksiya təyin olunan zaman həmin gün Ukrayna meydanında başqa bir qurumun mitinq təyin etməsindən xəbərsiz olublar. O, mitinqin ssenarisinin “Dalğa” Gənclər Hərəkatı tərəfindən hazırlanacağını, aksiyanın yalnız ictimai təşkilatlar tərəfindən təşkil ediləcəyini vurğulayıb. Bakı Şəhər İcra Hakimiyyətinə göndəriləcək müraciətə “Azərbaycan Naminə” İctimai Forum, “Turan” İnformasiya Agentliyi, İnsan Haqları üzrə Monitorinq Qrupu, Azərbaycan Ziyalı Hərəkatı və “Dalğa” Gənclər Hərəkatı imza atacaq.
Qeyd edək ki, bu təşkilatlar dekabrın 9-da Ukrayna meydanında aksiya təyin etdikdən sonra “Azərbaycan Yolu” Siyasi Hərəkatının Türkiyənin PKK terroruna qarşı apardığı mübarizəyə dəstək və ABŞ Konqresinin Nümayəndələr Palatasının alt komitəsinin erməni soyqrımı ilə bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq həmin gün, həmin yerdə və həmin saatlarda aksiya təyin etdiyindən xəbər tutublar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR