Bank Of Baku

Los-Anceles-İrəvan telemarafonunda Azərbaycan musiqi və rəqsləri erməni mədəniyyətinin nümunələri kimi təqdim olunub

Los-Anceles-İrəvan telemarafonunda Azərbaycan musiqi və rəqsləri erməni mədəniyyətinin nümunələri kimi təqdim olunub
# 23 noyabr 2007 14:57 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, 12 saat davam edən və bütün dünyada ermənilərin kompakt yaşadığı əraziləri əhatə edən teleton layihəsində Ermənistanın xarici işlər naziri Vardan Oskanyan və "Dağlıq Qarabağ Respublikasının prezidenti" Bako Saakyan cıxış ediblər. Azərbaycanın Los-Ancelesdə Baş Konsulluğunun vitse-konsulu Elman Abdullayevin APA-ya verdiyi məlumata görə, Vardan Oskanyan bildirib ki, Azərbaycanın təşəbbüsü ilə Bakı-Tiflis-Ceyhan əsas ixrac kəmərinin işə düşməsi və Gürcüstanda stabilliyin bərqərar olması regionda bu ölkələr ilə Ermənistan arasında rəqabəti gücləndirəcək. O, Ermənistan diasporunu inandırmağa çalışıb ki, ölkədə islahatlar düzgün istiqamətdə aparılır. Qeyd edək ki, telemarafona qatılan ermənilər əksəriyyəti ya erməni, ya da onlara yaxın biznesmenlər olublar. Telemarafonda 15 milyon dollar ianə yığılıb. Onlar bu vəsaiti Ermənistan və “Dağlıq Qarabağ Respublikası”nın ucqar rayonlarının bərpasına sərf edəcəklərini bəyan ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR