Bank Of Baku

İran parlamentinin sədri: “Tehran heç vaxt Ermənistanla münasibətlərindən Azərbaycanın əleyhinə istifadə etməyəcək”

İran parlamentinin sədri: “Tehran heç vaxt Ermənistanla münasibətlərindən Azərbaycanın əleyhinə istifadə etməyəcək”
# 23 noyabr 2007 16:34 (UTC +04:00)
“İran İslam Respublikası heç vaxt Ermənistanla münasibətlərindən Azərbaycanın əleyhinə istifadə etməyəcək”. APA-nın məlumatına görə, bunu Bakıda keçirdiyi mətbuat konfransında İran İslam Şurası Məclisinin sədri Qulaməli Həddad Adili İranla Ermənistan arasında bu yaxınlarda hərbi əməkdaşlığa dair yeni sənədin imzalanmasına münasibət bildirərkən deyib. O, Azərbaycanın ərazi bütövlüyünün İran tərəfindən tanındığını vurğulayıb. Qonaq bildirib ki, İran Azərbaycan və Ermənistanla normal münasibətlərindən istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım etmək istəyir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR