Bank Of Baku

İran İslam Şurasının sədrinə BDU-nun “Fəxri doktoru” adı verilib

İran İslam Şurasının sədrinə BDU-nun “Fəxri doktoru” adı verilib
# 24 noyabr 2007 09:25 (UTC +04:00)
Qonağın daha əvvəl təhsil nazirinin müavini vəzifəsində çalışdığını xatırladan rektorun sözlərinə görə, qonaq ingilis və ərəb dillərini mükəmməl bilir. A. Məhərrəmov BDU-da 16 fakültədə 18 min tələbənin təhsil aldığını, tələbələrdən 1500-nün 20 ölkənin vətəndaşı olduğunu deyib: “Universitetdə 120-dən artıq tələbə bakalavr və magistr səviyyəsində fars dilini öyrənir. Onlara 26 müəllim fars dilini tədris edir. İstərdik ki, İran universitetlərində də Azərbaycan dili tədris və tədqiq olunsun”. A. Məhərrəmov Böyük Elmi Şuranın Qulaməli Həddad Adilə BDU-nun “Fəxri doktoru” adının verilməsi barədə qərar qəbul etdiyini bildirib. Bundan sonra qonağa fəxri diplom, mantiya, döş nişanı və müxtəlif hədiyyələr təqdim olunub. Qulaməli Həddad Adil “Fəxri doktoru” adının verilməsinə görə təşəkkürünü bildirərək, İran və Azərbaycan arasında bütün sahədə əməkdaşlığın yüksək səviyyədə olduğunu söyləyib: “İran hər zaman Azərbaycanın yanındadır, Azərbaycanın torpaq bütünlüyünü dəstəkləyir. Bu adı Tehran Universitetinə verilmiş hesab edirəm və Azərbaycanın İrana dost münasibətinin nişanəsi kimi qiymətləndirirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR