Bank Of Baku

Ədalət Partiyasının növbəti qurultayı keçirilir

Ədalət Partiyasının növbəti qurultayı keçirilir
# 24 noyabr 2007 10:38 (UTC +04:00)
Bu gün Ədalət Partiyasının növbəti qurultayı öz işinə başlayıb. APA-nın məlumatına görə, partiya sədri İlyas İsmayılov hesabat məruzəsi ilə çıxış edərək qurultaya 65 rayon təşkilatından 339 nümayəndənin qatıldığını açıqlayıb. O, III qurultayın 2001-ci ildə keçirildiyini, o vaxtdan bu günə kimi təşkilatlanma işinin gücləndirildiyini, gənclərin rəhbər orqanlara cəlb olunduğunu bildirib. İ. İsmayılov ümumilikdə ölkədə siyasi partiyaların normal fəaliyyət göstərə bilmədiyini deyib. Onun sözlərinə görə, yerlərdə icra strukturları ayrı-seçkiliyə yol verir və partiyalar maliyyə sıxıntısı çəkir.
Qeyd edək ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı, BAXCP sədri Qüdrət Həsənquliyev, Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Böyük Quruluş Partiyasının lideri Fazil Qəzənfəroğlu, Demokratik İslahatlar Partiyasının lideri Asim Mollazadə, AMİP lideri Etibar Məmmədov və digər şəxslər qonaq qismində qurultayda iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR