Bank Of Baku

Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası bir ay müddətində Rauf Arifoğlunun müraciətinə baxacaq

Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası bir ay müddətində Rauf Arifoğlunun müraciətinə baxacaq
# 26 noyabr 2007 08:40 (UTC +04:00)
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun partiyanın Mərkəzi Nəzarət Təftiş Komissiyasına (MNTK) müraciətinə bir ay müddətində baxılacaq. Bu barədə APA-ya MNTK-nın sədri İbrahim İbrahimli məlumat verib. Onun sözlərinə görə, baş redaktorun müraciəti bir neçə gün əvvəl komissiyaya daxil olub. Müraciətdə Müsavatın Avropa Liberal Demokratik İslahatlar Partiyasına (ALDİP) üzvlüyünün Nizamnamə və Proqrama zidd olduğu bildirilir və MNTK-nın bu məsələni araşdırması xahiş edilir. İ. İbrahimli bildirib ki, Nizamnaməyə əsasən MNTK daxil olan müraciətləri bir ay müddətində araşdırıb qərar qəbul etməlidir. O, R. Arifoğlunun müraciətinin bir aydan tez araşdırılaraq müvafiq cavab veriləcəyini söyləyib. MNTK sədri müraciətdə qeyd olunan məqamlarla bağlı öz şəxsi fikrini əvvəlcədən bildirmək istəmədiyini qeyd edib. O, həmçinin R. Arifoğlunun hərəkətlərində, mətbuata verdiyi açıqlamalarda Nizamnamə pozuntusunun olmadığını vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR