Gürcüstan prezidentinin xanımı Sandra Rulofs: “Mən prezidentin görən gözü, eşidən qulağı olmaq istəyirəm”
Dosye. Sandra Rulofs 1968-ci il dekabrın 23-də Hollandiyanın Terneuzen şəhərində anadan olub. 1991-ci ildə Brüsseldə fransız və alman dilləri ixtisası üzrə Tərcüməçilər üçün Dövlət İqtisad İnstitutunu fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildə Sandra Rulofs Qərbi Avropa və Gürcüstan şirkətlərinin, ayrı-ayrı şəxslərin sponsorluğu ilə az təminatlı insanlar üçün humanitar layihələr həyata keçirən qeyri-hökumət xeyriyyə təşkilatı - SOCO Fondunu təsis edib. 2007-ci ildən SOCO Fondu əsas diqqətini reproduktiv sağlamlıq və yeni doğulmuş uşaqlara qayğı sahələrinə ayırıb. “First lady” öz doğma dilindən başqa fransız, ingilis, alman, rus və gürcü dillərini mükəmməl bilir, hazırda o, menqrel dilini öyrənir. 2004-cü ildən Sandra Rulofs Qlobal Fondun QİÇS-ə, vərəmə və malyariyaya qarşı mübarizə layihələri üzrə Ölkə Koordinasiya Mexanizminin sədridir. O Vərəm Əleyhinə Mübarizə Missiyasının səfiri təyin olunub. Sandra Rulofs həmçinin Gürcüstan Səhiyyə və Sosial Məsələlər Nazirliyinin nəzdində Reproduktiv Sağlamlıq Milli Şurasının sədridir. O, nazirliyi peyvəndləmə və sağlam həyat tərzinin təbliği məsələlərində dəstəkləyir. Xanım Rulofs Tiflisdə Tibb Məktəbinin tələbəsidir və bu məktəbi 2008-ci ilin ortalarında bitirəcək.
- Gürcü qadınlarının əsas problemləri nədir?
- Bu gün gürcü qadınları öz uşaqlarını sağlam və təhlükəsiz mühitdə tərbiyə etməli, bacardıqları qədər onların gələcəyini təmin etməli və onları məsuliyyətli vətəndaş kimi yetişdirməlidirlər. Hal-hazırda Gürcüstanda səhiyyə ilə bağlı bir çox problemlər var. Ana əmin olmalıdır ki, onun övladı kifayət qədər qida, yodlaşdırılmış sağlam ərzaq, həmçinin günəş şüası və təmiz hava qəbul edir. Bu kontekstdə əsas diqqət gənclərə yetirilməlidir, 12-18 yaşlı oğlanlar və qızlar özlərini xəstəlikdən və infeksiyalardan qorumağı bacarmalıdır. Qadınların digər bir problemi daimi gəlir məsələsidir. İndi maaşlar kifayət qədər yüksək deyil. Maaşlar getdikcə artsa da, amma ailəni tam təmin etmək üçün kifayət deyil. Bu, qadınların ən əsas problemlərindən biridir. Onların hər ay eyni gəliri olmur, məzuniyyət və boş vaxt üçün pul ayırmaq çətin olur.
- Gürcüstanda qadınlar ölkənin sosial və siyasi həyatında nə dərəcədə fəaldır?
- Gürcü qadınları siyasətdə o qədər də fəal deyillər, lakin onlar sosial, mədəni, təhsil və tibb sektorlarında fəal iştirak edirlər. Mən vərəm, QİÇS kimi infeksiyaların yayılmasına, yoxsulluğa qarşı mübarizəyə yönəlmiş BMT Minilliyin İnkişaf Hədəflərini təbliğ etməyə çalışıram. Belə hədəflərdən biri düzgün olmayan qayğı və ya məlumatsızlıqdan ana və uşaq ölümünün qarşısını almağı təmin etməkdir. Mən əsas diqqətimi buna yönəltmişəm. Mən Reproduktiv Sağlamlıq Milli Şurasının və İnfeksion Xəstəliklər Şurasının sədri olaraq bu məsələ üzərində işləyirəm. Biz infeksiyalara, ana və uşaq ölümünə, yoxsulluğa qarşı mübarizəni gücləndirmək üçün səylərimizi birləşdiririk. Mənim əsas hədəfim sağlamlıq və sosial rifahdır.
- Sizin SOCO xeyriyyə fondunu təsis etməkdə məqsədiniz nə idi?
- Mən bu təşkilatı 1998-ci ildə təsis etmişəm. O zaman çalışdığım Beynəlxalq Qırmızı Xaç Komitəsini tərk etmişdim, amma humanitar sahə ilə əlaqə yaratmaq istəyirdim. Bu məqsədlə öz fondumu yaratdım. Bu məqsədlə Gürcüstanda xeyriyyəçiliklə məşğul olmaq istəyən Hollandiya vətəndaşları ilə əlaqə saxladım. İndi də bir sıra Hollandiya vətəndaşları SOCO fonduna sponsorluq edir, digər millətlərdən olan insanlar da öz yardımlarını əsirgəmirlər.
- 1998-ci ildə SOCO-nun hədəfləri çox geniş idi, 2007-ci ildə isə istiqaməti dəyişdiniz...
- Bəli, əvvəllər bizim prioritetlərimiz çoxistiqamətli idi, tənha təqaüdçülərə, yaşlılara, yoxsul uşaqlara və məcburi köçkün ailələrindən olan məktəblilərə kömək etmək və başqa bu kimi işlərlə məşğul olurduq. Lakin 2005-ci ildə mənim ikinci oğlum dünyaya gələndə mən səhiyyə sektorunda nələr baş verdiyinin şahidi oldum. Ona görə də mən istiqaməti dəyişib qadınların, xüsusilə də regionlardakı qadınların maariflənməsi ilə məşğul olmağı, onlara dövlətdən hansı köməyi gözləyə biləcəklərini izah etməyi qərara aldım. Bir sözlə, analar və uşaqlarla bağlı məsələlərə diqqət yetirməyə başladım.
- Siz Kvemo-Kartlidə azərbaycanlı qadınlara start paketləri payladınız. Sizcə, bu regiondakı azərbaycanlı qadınların əsas problemləri hansılardır?
- Azərbaycanlı qadınların əsas problemləri informasiya qıtlığı, ailə planlaşdırmasının olmamasıdır. Bildiyimiz kimi, onlar erkən yaşda ailə qururlar, lakin kontrasepsiya haqqında kifayət qədər məlumatlara malik deyillər, hamiləlikləri arasında vaxt çox az olur. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, iki uşaq doğumu arasında təxminən üç il fərq olmalıdır. Maddi çatışmazlıqlar da bu regionun əsas problemlərindən biridir. Azərbaycanlı qadınların zərurət yarananda əməliyyat etdirməyə pulları olmur. Bu məqsədlə biz səyyar qrupumuzun məqsədləri sırasına qadınlar üçün pulsuz məsləhətləşmələr əlavə etmişik. Biz onları məlumatlandırır, onlara Azərbaycan dilində də nəşr olunmuş bukletlər paylayırıq. Bu bukletlərdə biz onlara hamiləlik dövründə nə etməli olduqları, doğuş haqqında məsləhət veririk, həmçinin onlara yodlaşdırılmış əlavələr, hamiləlik testləri, içərisində uşaqlar üçün paltarlar olan start paketləri və tibbi ləvazimatlar paylayırıq.
- Kvemo-Kartli regionu ilə bağlı gələcək planlarınız nədən ibarətdir?
- Qadınlar xəstəxanada həkimləri bir neçə saat gözləyirlər. Mən bu müddətdə onlara Azərbaycan və gürcü dillərində qısa video lentlər nümayiş etdirmək istəyirəm. Bunu özüm edəcəyəm, qadınlarla söhbət edəcəyəm, onlara abort, kontrasepsiya, uşaqların peyvəndlənməsi və sağlam həyat tərzi haqqında məlumat vermək istəyirəm. Mən həmçinin onlarla süd vəzlərinin xərçəngi və onun qarşının alınması barədə danışacağam.
- Rəhbərlik etdiyiniz təşkilatın Heydər Əliyev Fondu ilə əlaqələri varmı?
- Bəli, bizim əlaqələrimiz var. Bir neçə həftə bundan əvvəl biz hamilə qadınların genetik problemləri ilə bağlı bu fondla əlaqə saxlamışıq. Yaşı 35-dən yuxarı olan hamilə qadınların genetik problemləri olan uşaq dünyaya gətirmək riski daha yüksəkdir. Ona görə də qadınlar hamiləlik dövründə müayinə olunmalıdır. Bu layihə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı çox maraqlandırdı. Mən bununla əlaqədar Rotterdamda çalışan bir genetiklə əlaqə saxladım. O, Bakıya gəlib Azərbaycana belə bir mərkəz açmaqda kömək etməyə hazırdır. Mehriban Əliyeva həm də qan xəstəliklərindən əziyyət çəkənlərə yardım etmək üçün çalışır, belə xəstəliklərdən biri Azərbaycanda Gürcüstandan daha çox yayılıb. Bakıda yeni bir vərəm laboratoriyası tikilir və mən Şərqi Avropa üzrə Vərəm Əleyhinə Mübarizə Missiyasının səfiri olduğumdan bu laboratoriyanın açılışında iştirak edəcəyəm. Bizim üzərində işləyə biləcəyimiz çox işlər var. Biz bp şirkətinə səyyar qrupun Bakı-Tiflis-Ceyhan marşrutu üzrə maliyyələşməsinə köməklik göstərməsi üçün müraciət etmişik. Mən bilirəm ki, analoji layihələr Azərbaycanda da həyata keçirilir. Heydər Əliyev Fondu Tiflisdə öz filialını açacaq. Həmçinin mədəniyyət sahəsində əməkdaşlıq etmək, Gürcüstana yay düşərgələri zamanı və festivallarda klassik musiqi ifa etmək üçün orkestrlər dəvət etmək istərdim.
- Gürcüstanın birinci xanımının tibb sahəsində ixtisaslaşmaq marağı haradan yarandı?
- Ana olmaq həm də tibb bacısı olmaq deməkdir. Mənim bu sahədə böyük təcrübəm var, ona görə nəzəriyyəni də öyrənməyi qərara aldım. Mən tibb bacısı kursunun ikinci ilini başa vurmuşam, keçən həftə sonuncu imtahanı verdim və beş imtahanın hamısından yüksək qiymət aldım. İndi üçüncü kursdayam, sonra təcrübə keçəcəyəm. Hələlik tibb bacısı kimi hansı ixtisası seçəcəyimi müəyyənləşdirməmişəm, lakin həftədə ən azı iki gün tibb bacısı kimi işləmək istəyirəm. Bundan başqa Gürcüstanda ilk klassik musiqi radiostansiyasını yaratmışam və bununla fəxr edirəm.
- Birinci ledi olmaq çətin deyil ki?
- Kənardan çətin görünür?
- Bəli, siz çox fəalsınız...
- Bəli, bəzən həddindən artıq fəal oluram. Əlbəttə, birinci ledi olmaq çətindir, çünki bu, böyük məsuliyyətdir. İnsanların səndən nə soruşmalarından asılı olmayaraq, sən cavab verməlisən, lakin bu, mənim xoşuma gəlir. Mən öz yaradıcılığımı və təcrübəmi, öz nüfuzumu Gürcüstanın rifahı naminə istifadə edə bilərəm. Ona görə də gürcü xalqının mənə verdiyi suallara cavab tapmağa çalışıram. Birinci ledi sponsorlara, kompaniyalara daha asan yol tapa və hökumətə körpü ola bilər. Mən prezidentin görən gözü, eşidən qulağı olmaq istəyirəm. /APA/

Daxili siyasət
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb