Bank Of Baku

Almaniya XİN-in rəsmisi Azərbaycana gəlib

Almaniya XİN-in rəsmisi Azərbaycana gəlib
# 26 noyabr 2007 11:22 (UTC +04:00)
Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə müvəkkili Hans Diter Lukas Bakıda səfərdədir. APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, iki gün davam edəcək səfər zamanı qonağı xarici işlər naziri Elmar Məmmədyarov və nazir müavini Araz Əzimov qəbul edəcək. Hans Diter Lukas digər nazirliklərdə də görüşlər keçirəcək, ikitərəfli münasibətlərin vəziyyəti ilə tanış olacaq və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsi barədə fikir mübadiləsi aparacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR