Bank Of Baku

Sabah Elmar Məmmədyarov Madridə yola düşür

Sabah Elmar Məmmədyarov Madridə yola düşür
# 26 noyabr 2007 11:23 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin 15-ci illik konfransında iştirak etmək üçün sabah Madridə yola düşəcək. APA-nın məlumatına görə, bunu naziri səfərdə müşayiət edəcək XİN mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bu gün keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, konfransda nazirin çıxışı planlaşdırılıb. E.Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirəcək, o cümlədən Çexiya və Finlandiyanın xarici işlər nazirləri, ATƏT-in baş katibi Mark Perren Brişanbo, ABŞ dövlət katibinin müavini Nikolas Berns, GUAM ölkələrin XİN başçıları və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşlər keçirəcək. X. İbrahimin sözlərinə görə, konfrans çərçivəsində E. Məmmədyarovun ermənistanlı həmkarı Vardan Oskanyanın görüşü hələlik nəzərdə tutulmur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR