Bank Of Baku

Söz və mətbuat azadlığının müdafiəsi məqsədilə keçiriləcək aksiyanın vaxtı dəyişdirilib

Söz və mətbuat azadlığının müdafiəsi məqsədilə keçiriləcək aksiyanın vaxtı dəyişdirilib
# 26 noyabr 2007 11:57 (UTC +04:00)
Söz və mətbuat azadlığının müdafiəsi məqsədilə dekabrın 9-na təyin edilmiş aksiyanın vaxtı dəyişdirilib. Mitinq komitəsinin sədri Eldar Namazovun APA-ya verdiyi məlumata görə, Söz Azadlığını Müdafiə Komitəsinin bu gün keçirilən iclasında mitinqin dekabrın 8-də saat 14.00-dan 17.00-a qədər Ukrayna meydanında keçirilməsi qərara alınıb. E. Namazov aksiya ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edildiyini bildirib. Üç saat davam etməsi nəzərdə tutulan kütləvi tədbirin bir saatı çıxışlar, bir saatı musiqi, qalan hissəsi isə başqa tipli aksiyalara ayrılıb. E. Namazov yaxın günlərdə mitinqlə bağlı vətəndaşlara və ictimai-siyasi təşkilatlara müraciət olunacağını deyib. Dekabrın 9-da isə insan haqları ilə bağlı beynəlxalq konfransın keçirilməsi planlaşdırılıb.
Qeyd edək ki, komitə noyabrın 9-na planlaşdırdığı aksiyanı həmin gün “Azərbaycan Yolu” Siyasi Hərəkatı eyni yerdə və eyni vaxtda aksiya təyin etdiyi üçün dəyişdirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR