Bank Of Baku

ALP-nin növbəti qurultayı 2008-ci ilin yayında keçiriləcək

ALP-nin növbəti qurultayı 2008-ci ilin yayında keçiriləcək
# 26 noyabr 2007 11:58 (UTC +04:00)
Azərbaycan Liberal Partiyasının (ALP) növbəti qurultayı 2008-ci ilin iyun-iyul aylarında keçiriləcək. Partiyanın sədr əvəzi Əvəz Temirxanın APA-ya verdiyi məlumata görə, qurultaya hazırlıq işləri yekunlaşıb. O, özlərindən asılı olmayan səbəblərə görə, noyabrın sonlarına təyin edilən qurultayı təxirə saldıqlarını bildirib: “Biz gözləyirdik ki, noyabrda Seçki Məcəlləsi ilə bağlı konkret bir qərar qəbul olunacaq və biz qurultayda buna uyğun addım atacağıq. Amma vəziyyət əvvəlki kimi qeyri-müəyyəndir. Həmçinin, “Siyasi partiyalar haqqında” qanuna da dəyişiklik edilmədi. Biz bu dəyişikliklərdən sonra yenidən qurultay keçirmək məcburiyyətndə qalmamaq üçün bu toplantını gələn il keçirməyə qərar verdik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR