Bank Of Baku

Azad Rəhimov: “Türk Topluluqları və Cəmiyyətlərinin XI Qurultayında səslənən təkliflərin hamısını həyata keçirmək lazımdır”

Azad Rəhimov: “Türk Topluluqları və Cəmiyyətlərinin XI Qurultayında səslənən təkliflərin hamısını həyata keçirmək lazımdır”
# 26 noyabr 2007 12:03 (UTC +04:00)
“Bu günlərdə Azərbaycanda keçirilən Türk Topluluqları və Cəmiyyətlərinin XI Qurultayında səslənən təkliflərin hamısı gözəl təkliflərdir, onların hamısını həyata keçirtmək lazımdır. Sözsüz ki, bu işləri gənclərsiz həyata keçirmək çətindir. Qurultayda səslənən təkliflərin hamısı qeyd olunub və onların üzərində işləməyə başlamışıq. Çalışacağıq ki, bu təkliflərin arasında ən vaciblərini yaxın zamanda həyata keçirək”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov verib. Nazir bildirib ki, bu gün Bakıda keçirilən Yaradıcı Gənclərin I Ümumrespublika Toplantısı da çox əhəmiyyətli tədbirdir: “Sözsüz ki, bir çox məsələlər maliyyə ilə bağlıdır. Bu səbəbdən də, təəssüf ki, biz gənclərin bu təkliflərinin hamısını maliyyələşdirə bilmirik. Amma biz çalışırıq ki, Gənclər və İdman Nazirliyinə edilən müraciətlər cavabsız qalmasın”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR