Bank Of Baku

Müsavat Partiyası müxalifətin müqavimət hərəkatının yaradılması təşəbbüsü ilə çıxış edib

Müsavat Partiyası müxalifətin müqavimət hərəkatının yaradılması təşəbbüsü ilə çıxış edib
# 26 noyabr 2007 12:33 (UTC +04:00)
Müsavat Partiyası müxalifətin müqavimət hərəkatının yaradılması təşəbbüsü ilə çıxış edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya verdiyi açıqlamada partiyanın dəfələrlə bu təklifi irəli sürdüyünü qeyd edib. Onun sözlərinə görə, müxalifətin bir araya gəlməsi məsələsində ən böyük problem namizədlərin irəli sürülməsi zamanı ortaya çıxır və bu zaman müxtəlif siyasətçilərin ambisiyaları vahid namizədin formalaşmasına imkan vermir: “Ona görə indiki şəraitdə müxalifət qüvvələrinin müxtəlif ümumi məqsədlər üçün bir araya gəlməsi mümkündür. Bu, Seçki Məcəlləsi, söz və mətbuat azadlığı, sərbəst toplaşmaq azadlığı və digər məsələlər ola bilər. Müsavat Partiyası olaraq belə hesab edirik ki, bu gün siyasi qüvvələrin bir araya gəlməsi üçün ən uğurlu səbəblərdən biri hakimiyyətin müxalifət üzərinə olan hücumlarına müqavimət göstərmək məqsədi ilə təşkilatların bir araya gəlməsi ola bilər”. A. Hacılı bildirib ki, Müsavat bu təklifi yalnız mətbuat vasitəsi ilə səsləndirir və indiki məqamda hər hansı partiyaya rəsmi şəkildə müraciət etməku fikri yoxdur: “Amma digər partiyalardan bununla bağlı rəylər səslənsə, biz belə bir koalisiyanın qurulmasına cəhd göstərə bilərik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR