Bank Of Baku

AŞPA məruzəçilərinin Azərbaycana səfərinin vaxtı Monitorinq Komitəsinin Parisdə keçiriləcək iclasında müəyyənləşəcək

AŞPA məruzəçilərinin Azərbaycana səfərinin vaxtı Monitorinq Komitəsinin Parisdə keçiriləcək iclasında müəyyənləşəcək
# 26 noyabr 2007 14:04 (UTC +04:00)
Bu barədə APA-ya Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. O bildirib ki, səfər assambleyanın gələn ilin yanvarında keçiriləcək qış sessiyasından sonra baş tutacaq. Ötən həftə AŞPA Daimi Komitəsinin Bratislavada keçirilmiş iclasına da toxunan S. Seyidov deyib ki, toplantıda əsasən Rusiyada keçiriləcək parlament, Gürcüstanda keçiriləcək prezident seçkiləri, Ukraynada Konstitusiya dəyişiklikləri və bu ölkədəki vəziyyət müzakirə edilib. Yığıncaqda AŞPA-nın yanvar sessiyasının gündəliyi də müzakirə olunub. Həmin məsələlərdən hansının Azərbaycan üçün prioritet təşkil etdiyi barədə sualı cavablandıran S. Seyidov bütün məsələlərin önəmli olduğunu vurğulayıb: “Elə məsələ yoxdur ki, biz ona fikir verməyək, Gürcüstan, Rusiya və Ukraynada gedən proseslər bizim üçün çox vacib və əhəmiyyətlidir. Bu proseslərin necə yekunlaşacağı və AŞPA üzvlərinin yanvar sessiyasında hansı rəylə çıxış edəcəyi bizi də çox maraqlandırır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR