Bank Of Baku

BAXCP dekabrın əvvəlində zona müşavirələri keçirəcək

BAXCP dekabrın əvvəlində zona müşavirələri keçirəcək
# 26 noyabr 2007 14:16 (UTC +04:00)
Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin toplantısı keçirilib. BAXCP sədrinin müavini Elçin Mirzəbəyli APA-ya bildirib ki, toplantıda qurultaya hazırlıq məsələləri müzakirə olunub və dekabrın əvvəlində zona müşavirələrinin keçirilməsi barədə qərar qəbul edilib. E. Mirzəbəyli qurultayın 2008-ci ilin mayında keçirilməsinin nəzərdə tutulduğunu söyləyib: “Qurultayda bir sıra dəyişikliklərin ediləcəyi istisna olunmur. Partiyanın prezident seçkisində iştirakı və Nizamnamədə dəyişikliklərlə bağlı məsələlər də müzakirə ediləcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR