Bank Of Baku

Türkiyənin Niğdə vilayətində Heydər Əliyev parkının açılış mərasimi keçirilib

Türkiyənin Niğdə vilayətində Heydər Əliyev parkının açılış mərasimi keçirilib
# 26 noyabr 2007 14:45 (UTC +04:00)
Türkiyənin Niğdə vilayətində Heydər Əliyev parkının açılış mərasimi keçirilib. APA-nın Türkiyə bürosunun məlumatına görə, tədbirdə çıxış edən şəhər valisi Gündüz Beder bildirib ki, daha əvvəl Qızıl Alma adlanan park şəhər bələdiyyə məclisinin qərarı ilə dəyişdirilib. Türkiyə və Azərbaycanın bir millət, iki dövlət olduğunu xatırladan vali “Azərbaycanın dərdi bizim dərdimizdir, Qarabağ atəşi bizim içimizdə də yanır. İnşallah ədalət bərpa olunacaq və Azərbaycan bayrağı Qarabağda dalğalanacaq” deyə əlavə edib. Şəhər bələdiyyəsinin sədri Murad Zeren parkda Mustafa Kamal Atatürkün və Heydər Əliyevin büstlərinin qoyulacağını bildirib. Tədbirdən sonra İrəvan Dövlət Dram Teatrının yaradıcı kollektivi Niğdə Mədəniyyət Mərkəzində “Arşın mal alan” və “Məşədi İbad” tamaşalarını nümayiş etdirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR