Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
# 26 noyabr 2007 15:01 (UTC +04:00)
Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, gündəlik qərarların icrası, partiyadaxili və ictimai-siyasi vəziyyətə dair məsələlərdən ibarət olub. Partiyadaxili məsələ bölümündə Ağcabədi rayon təşkilatının konfransı və Sabirabad rayon təşkilatının Şurasının genişləndirilmiş yığıncağı haqqında məlumat verilib. Müsavat Gənclər Təşkilatının konfransına hazırlığın gedişi də müzakirə olunub və müvafiq tapşırıqlar verilib. Məclisin növbəti toplantısının dekabrın 30-da keçirilməsi haqda qərar qəbul edilib. Toplantıda Rusiyada keçiriləcək parlament seçkiləri öncəsi insan haqları sahəsində baş verən neqativ proseslərə də münasibət bildirilib. Yığıncağın sonunda bir sıra cari məsələlərə baxılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR