Bank Of Baku

Əli Orucov: “Azadlıq” blokunun fəaliyyəti müxalifəti parçalamağa yönəlib”

Əli Orucov: “Azadlıq” blokunun fəaliyyəti müxalifəti parçalamağa yönəlib”
# 26 noyabr 2007 15:03 (UTC +04:00)
“Azadlıq” blokunun fəaliyyəti müxalifətin bir yerə gəlməsinə yox, bu düşərgəni parçalamağa yönəlib”. Bu açıqlamanı APA-ya Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov verib. Onun sözlərinə görə, müxalifətin birliyi ilə bağlı dəfələrlə cəhd göstərilib, lakin hər dəfə “Azadlıq” blokunda olan partiyalar birliyin əleyhinə hərəkət ediblər: “Altılar”ın toplantılarında həmin blokda olan ALP və AXCP ilə danışıqlar aparıldı və nəticə göz qabağındadır. Onlar bizimlə danışıqlara getməkdən imtina etdilər. Prinsipləri isə ondan ibarətdir ki, “Azadlıq” blokundan kənarda fəaliyyət göstərmək istəmirlər. Bu baxımdan onların mətbuata verdiyi açıqlamalar da, yeritdikləri siyasət də məhz bunu göstərir ki, müxalifəti parçalamağa çalışırlar”. “Azadlıq” blokunda təmsil olunan AXCP-nin sədr müavini Həsən Kərimov isə APA-ya açıqlamasında AMİP təmsilçisinin itihamlarının əsassız olduğunu deyib. Onun sözlərinə görə, “Azadlıq” bloku həmişə müxalifətin inteqrasiyasının tərəfdarı olub və bu istiqamətdə fəaliyyət göstərib: “Təəssüf ki, AMİP funksionerləri belə açıqlamalar verirlər. Onlar özləri hələ müxalifət, yoxsa iqtidara loyal münasibət bəsləyən bir təşkilat olduqlarını müəyyənləşdirməlidirlər. Hesab edirik ki, AMİP son addımları ilə müxalifət düşərgəsindən xeyli uzaqlaşıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR