Bank Of Baku

“Azadlıq” bloku Seçki Məcəlləsinə dair Milli Məclisin yekun qərarından sonra atacağı addımları müəyyənləşdirəcək

“Azadlıq” bloku Seçki Məcəlləsinə dair Milli Məclisin yekun qərarından sonra atacağı addımları müəyyənləşdirəcək
# 27 noyabr 2007 08:47 (UTC +04:00)
“Azadlıq” bloku Seçki Məcəlləsinə dair Venesiya Komissiyası ilə hökumət arasında aparılan müzakirələrin nəticəsi, parlamentin qanuna əlavə və dəyişikliklərlə bağlı qərarından sonra atacağı addımları müəyyənləşdirəcək. Blokun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov APA-ya açıqlamasında bildirib ki, blok indiki qeyri-müəyyən şəraitdə hər hansı qərar qəbul etmək niyyətində deyil. Sədr müavini 4 partiyanın Seçki Məcəlləsi ilə bağlı vahid mövqedən çıxış etdiyini xatırladıb və bunun davam etdiriləcəyini deyib: “Biz əvvəldən bildirmişik ki, seçki şəraiti dəyişməyəcəyi halda, prezident seçkilərinə qatılmaq heç bir perspektiv vəd etmir. Ona görə də birinci məqsəd qanunun dəyişməsidir. Yalnız bundan sonra seçkilərdə iştirak forması barədə müzakirələr aparıla bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR