Bank Of Baku

İslam Partiyası Baş Məclisinin toplantısı dekabrın 2-də keçiriləcək

İslam Partiyası Baş Məclisinin toplantısı dekabrın 2-də keçiriləcək
# 27 noyabr 2007 08:47 (UTC +04:00)
Azərbaycan İslam Partiyasının (AİP) sonuncu qurultaydan sonra Baş Məclisinin ilk toplantısının dekabrın 2-də keçirilməsi nəzərdə tutulub. AİP mətbuat xidmətinin rəhbəri Akif Heydərli APA-ya bildirib ki, toplantıda partiyanın təşkilati məsələlərinə baxılacaq və qurumun rəhbər vəzifələrinə yeni təyinatlar olacaq. A. Heydərli toplantıda Baş Məclisin üzvlərinin sayının tam şəkildə müəyyənləşəcəyini də deyib. Onun sözlərinə görə, Baş Məclisin toplantısında partiyanın prezident seçkisində iştirakı ilə bağlı məsələ də müzakirə ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR