Bank Of Baku

Taliyət Əliyev: “Əvəz Temirxan avantürist çıxışları ilə mətbuatın gündəmində qalmağa çalışır”

Taliyət Əliyev: “Əvəz Temirxan avantürist çıxışları ilə mətbuatın gündəmində qalmağa çalışır”
# 27 noyabr 2007 09:42 (UTC +04:00)
“Əvəz Temirxan ADP-yə qarşı avantürist çıxışları ilə mətbuatın gündəmində qalmağa çalışır. Onun dediklərinin bizim üçün heç bir əhəmiyyəti yoxdur”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyət Əliyev deyib. ALP-nin sədr əvəzi Əvəz Temirxanın ADP və Müsavatı keçmiş səhvlərini etiraf etməyə çağırmasına münasibət bildirən T. Əliyev Ə. Temirxanı həmişə onun-bunun kölgəsində fəaliyyət göstərən şəxs adlandırıb: “Əvəz Temirxan nə vaxtdan siyasi lider olub, arbitir rolunda çıxış edir? Guya kimin günahı varsa, onun qarşısında hesabat verməlidir. ADP-nin heç bir partiya qarşısında hesabat vermək fikri yoxdur. Lazım gəlsə, Əvəz Temirxan və onun partiyası ADP qarşısında hesabat verər və yaxud günahını boynuna ala bilər. Bizim və Əvəz Temirxanın, nə də başqasının yanında hər hansı “qrex”imiz yoxdur ki, ona deyək “sən Allah, bizi bağışla, düz yola qayıtmışıq”. Əvəz Temirxanın kimisə ittiham etməyə nə mənəvi haqqı, nə də hüquqi əsası yoxdur. Mən onun çıxışlarını tamamilə boş fikirlər kimi qiymətləndirirəm və bu da onun növbəti sayıqlamasıdır”. T. Əliyev Ə. Temirxana məsləhət görüb ki, belə ittihmlar səsləndirməkdənsə, öz təşkilatını formalaşdırmaqla məşğul olsun: “Getsin, öz partiyasını normal bir hala salsın, sonra onu-bunu ittiham etsin”.
Ə. Temirxan isə T. Əliyevin söylədiklərinə münasibət bildirmək istəməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR