Bank Of Baku

Sərdar Cəlaloğlu: “Azadlıq” blokundakı partiyalar özlərindən başqa heç kəsi bəyənmirlər”

Sərdar Cəlaloğlu: “Azadlıq” blokundakı partiyalar özlərindən başqa heç kəsi bəyənmirlər”
# 27 noyabr 2007 10:25 (UTC +04:00)
Müsavat, ADP, ALP və AXCP liderlərinin yaxın gələcəkdə birgə toplantısı nəzərdə tutulmur. ADP sədri Sərdar Cəlaloğlu APA-ya açıqlamasında bundan əvvəl də bu partiyaların xüsusi toplantı keçirmədiyini deyib: “Yalnız Beynəlxalq Seçki Sistemləri Fondunun təşkil etdiyi müzakirələrlə bağlı birgə bəyanatla çıxış etmişik. Bu addımı bəzi mətbuat orqanları yanlış olaraq yeni ittifaq kimi qələmə veriblər”. S. Cəlaloğlu “Azadlıq” blokunda olan partiyalarla birgə əməkdaşlığın nəzərdə tutulmadığını da vurğulayıb: “Bu blokda olan partiyalarla əməkdaşlıq üçün bir dəfə cəhd elədim. Başa düşdüm ki, o partiyalar digər hər hansı qüvvə ilə səmimi, ciddi əməkdaşlığa meylli deyillər. Onlar özlərini təcrid yolunu tutublar. Ona görə düşünürəm ki, bizim tərəfimizdən əməkdaşlıqla bağlı xüsusi təklifə, cəhdə ehtiyac yoxdur”. “Azadlıq” blokundakı qüvvələrin ADP və Müsavat Partiyasını əsl müxalifət hesab etməməsinə gəldikdə, S. Cəlaloğlu bildirib ki, kimin nə uğrunda mübarizə apardığını tarix göstərəcək: “Ona görə də bizi nə hesab etmələri onların öz işidir. Necə olur ki, hansısa sənədə qol çəkəndə müxalifət oluruq, əməkdaşlıq etmək məsələsi gələndə yox? Bunlar qeyri-səmimi davranışların nəticəsidir. Onlar təkcə bizimlə yox, ümumilikdə digər siyasi qüvvələrlə əməkdaşlıqda da maraqlı deyillər və heç kəsi bəyənmirlər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR