Bank Of Baku

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
# 27 noyabr 2007 15:04 (UTC +04:00)
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. APA-nın məlumatına görə, iclasda qurumun oktyabrın 10-da və noyabrın 5-də keçirilən iclaslarının protokolları təsdiq edilib. Ölkə prezidentinin “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” sərəncamının icrası ilə bağlı məntəqə seçki komissiyalarının sədrləri və DSK üzvləri üçün kursların keçirilməsi məsələsi iclasda müzakirə edilib. MSK sədrinin müavini Svetlana Qasımova bildirib ki, kurslar dekabrın 3-dən başlayacaq və təxminən 20 gün müddətində davam edəcək. Onun sözlərinə görə, kurslar DSK-lar tərəfindən təşkil olunacaq. Bu kurslarda seçki üzrə mütəxəssislər, rayon məhkəmələrinin sədrləri və prokurorlar mühazirə oxuyacaqlar. İclasda 9 saylı Binəqədi II, 45 saylı Abşeron, 19 saylı Nərimanov II və 111 saylı Zaqatala-Balakən seçki dairələrinin DSK-larının tərkibinə dəyişiklik edilib. Cari məsələlərin müzakirəsi zamanı MSK üzvü Akif Qurbanov bildirib ki, bir neçə gün əvvəl Beyləqan RİH başçısı müşavirə keçirib və bu toplantıda YAP-ın rayon təşkilatının təşəbbüsü əsasında DSK sədrinə tapşırıq verib. Onun sözlərinə görə, DSK sədri Azər Əliyevin imzası ilə məntəqə seçki komissiyalarının üzvlərinə bildiriş göndərilib ki, bütün seçicilərin şəxsiyyət vəsiqələrinin nömrələri məntəqə seçki komissiyasının üzvləri tərəfindən toplanmalıdır. Məqsəd isə növbəti prezident seçkilərinə hazırlıqdır. M. Pənahov MSK üzvündən sənəd tələb edib. A. Qurbanov DSK sədrinin bildirişinin surətini təqdim etdikdə, M. Pənahov bunu sənəd kimi qəbul etməyərək bildirib ki, MSK-da yalnız sənədlərin surəti qəbul edilir. O, məsələni araşdırmaq üçün A. Qurbanovu rayona ezamiyyətə göndərəcəyini biləcəyini də qeyd edib. Jurnalistlərə açıqlamasında isə M. Pənahov MSK üzvünün qaldırdığı məsələnin əsasının olmadığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR