Bank Of Baku

Məzahir Pənahov: “Seçki Məcəlləsinin dəyişdirilməsi birdən-birə öz həllini tapan məsələ deyil”

Məzahir Pənahov: “Seçki Məcəlləsinin dəyişdirilməsi birdən-birə öz həllini tapan məsələ deyil”
# 27 noyabr 2007 15:08 (UTC +04:00)
“Seçki qanunvericiliyinin təkmilləşməsi ilə bağlı Azərbaycanla Venesiya Komissiyası arasında danışıqlar həmişə mütəmadi xarakter daşıyıb. Bu danışıqlar keçmişdə də aparılıb, bu gün də aparılır, gələcəkdə də aparılacaq”. APA-nın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib. Onun sözlərinə görə, müzakirələr zamanı Azərbaycan tərəfi Venesiya Komissiyasına öz təkliflərini təqdim edir: “Sonuncu müzakirələrdə də müvafiq təkliflər təqdim olunub. Həmin təkliflər işlənəcək, parlamentə təqdim olunacaq və parlamentdə müzakirələr gedəcək. Seçki Məcəlləsinin dəyişdirilməsi birdən-birə öz həllini tapan məsələ deyil. Bu parlamentin səlahiyyətində olan məsələdir. Ona görə bu məsələ Milli Məclisin müzakirəsinə çıxarılacaq, geniş müzakirə aparılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR