Bank Of Baku

Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə bağlı hələlik Azərbaycan MSK-sına heç bir dəvət gəlməyib

Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə bağlı hələlik Azərbaycan MSK-sına heç bir dəvət gəlməyib
# 27 noyabr 2007 15:11 (UTC +04:00)
2008-ci il yanvarın 5-də Gürcüstanda keçiriləcək prezident seçkiləri ilə bağlı hələlik Azərbaycan Mərkəzi Seçki Komissiyasına (MSK) heç bir dəvət gəlməyib. APA-nın məlumatına görə, MSK sədri Məzahir Pənahov bildirib ki, qonşu ölkə ilə Azərbaycan tərəfi seçki məsələsində daim əməkdaşlıq edib. O, dəvət gələcəyi halda, MSK tərəfindən seçkilərin izlənəcəyini bildirib. M. Pənahov həmçinin özünün rəhbərliyi ilə MSK-nın 5 nəfərlik nümayəndə heyətinin dekabrın 2-də Rusiyada keçiriləcək parlament seçkilərini izləmək üçün noyabrın 30-da Moskvaya yola düşəcəyini deyib. Onun sözlərinə görə, Rusiya MSK-sı ilə Azərbaycan MSK-sı arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə görə, Azərbaycanda keçirilən seçkiləri Rusiya tərəfi, Rusiyada keçirilən seçkiləri Azərbaycan tərəfi müşahidə edir. O, səfərin dekabrın 4-nə kimi davam edəcəyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR