Bank Of Baku

“Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib

“Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib
# 27 noyabr 2007 15:39 (UTC +04:00)
“Azadlıq” blokunun Sədrlər Şurasının növbəti iclası keçirilib. Şuranın üzvü, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin APA-ya verdiyi məlumata görə, iclasda “Azadlıq” qəzetini baş redaktoru Qənimət Zahidin azadlığa buraxılması ilə bağlı atıla biləcək addımlar müzakirə edilib. İştirakçılar yaxın dövr üçün blokun bu istiqamətdə fəaliyyəti ətrafında fikir mübadiləsi aparıb və həmçinin, dekabrın 8-nə təyin olunmuş aksiyada fəal iştirak etmək qərarına gəliblər. Blokun keçirdiyi zona müzakirələrinin yekunlarını dəyərləndirən Sədrlər Şurası yaxın həftələrdə bu müşavirələri başa vurmaq fikrindədir. Ə. Əliyevin sözlərinə görə, Naxçıvan bölgəsi istisna olmaqla, onlar bütün ölkə ərazisində zona müşavirələri keçirəcəklər. Müşavirələrdən sonra yerli təşkilatların vəziyyəti müzakirə ediləcək və seçkilər ərəfəsində durum qiymətləndiriləcək. Ə. Əliyev iclasda növbəti prezident seçkiləri ilə bağlı müzakirələrin aparıldığını da deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR