Bank Of Baku

Gəncədə deputat köməkçilərinin vəzifələrinə həsr olunmuş seminar-treninq keçirilib

Gəncədə deputat köməkçilərinin vəzifələrinə həsr olunmuş seminar-treninq keçirilib
# 28 noyabr 2007 08:03 (UTC +04:00)
Gəncədə Milli Məclis üzvlərinin köməkçiləri üçün seminar-treninq keçirilib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Milli Məclis Aparatı və USAİD-ın birgə təşkilatçılığı ilə keçirilən treninqin məqsədi yeni təsisatın-deputat köməkçisi vəzifəsinin səlahiyyətlərinin öyrədilməsidir. Seminar-treninqdə iştirak edən Milli Məclis Aparatının dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri İmadəddin Əbdüləzizovun sözlərinə görə, köməkçilər mütləq deputatın seçildiyi seçki dairəsindən təyin edilməli, o, mütəmadi olaraq xalqın problemlərini öyrənib deputata çatdırmalıdır: “Deputatın fəaliyyəti iki istiqamətdə aparılır ki, bu qanunvericilik və seçki dairələrində işin aparılması ilə bağlıdır. Sentyabrdan start verilmiş layihənin hazırda birinci hissəsi həyata keçirilir. İkinci hissə isə gələn ildən daha professional şəkildə reallaşacaq”. Qeyd edək ki, keçirilən treninqə Gəncə və ətraf rayonların seçki dairələrindən 20-dən çox nümayəndə qatılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR