Bank Of Baku

Azərbaycan Prezident Aparatının şöbə müdiri: “Həmsədrlərin təqdim etdikləri təkliflər bizim üçün yeni deyil”

Azərbaycan Prezident Aparatının şöbə müdiri: “Həmsədrlərin təqdim etdikləri təkliflər bizim üçün yeni deyil”
# 08 dekabr 2007 11:10 (UTC +04:00)
Onu sözlərinə görə, həmsədrlər fikirlərini, eyni zamanda tərəflərlə söhbətlər zamanı onların mövqelərini hər dəfə sənədə köçürür, sonra onları bir-biri ilə uzlaşdırmağa çalışırlar: “Sadəcə, buna yeni sənəd deyilir, əslində isə, burada yeni təklif yoxdur. Həmin sənədlərdir, həmin təkliflərdir, onların ətrafında fikir mübadiləsi gedir. Onların üzərində tərəflərin mövqelərini uzlaşdırmaq lazımdır. Ola bilsin ki, həmin təklifləri həmsədrlər bir qədər başqa formada təqdim edirlər. Azərbaycan rəhbərliyi, prezident bu təkliflərə baxacaq, öyrənəcək, əgər Azərbaycanın ortaya qoyduğu şərtlərə-ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq hüquq normalarına uyğun olmasa, müsbət cavab verilməyəcək. Belə proseslər əvvəllər də olub”. N. Məmmədovun sözlərinə görə, təkliflərdə yeni yanaşmalar yoxdur: “Sadəcə olaraq indiyə qədər gedən danışıqların müəyyən müddəaları, onların həyata keçirilmə yolları - kimlər vasitəsi ilə, vaxtı, hansı yolla və hansı nəticələrə gətirib çıxara bilər - ətrafında mövqelərin uyğunlaşdırılması prosesi gedir. Onda da bəzən o tərəf, bəzən bu biri tərəf razı olmur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR