Bank Of Baku

Azərbaycanda səfərdə olan Andres Herkel görüşlər keçirir

Azərbaycanda səfərdə olan Andres Herkel görüşlər keçirir
# 08 dekabr 2007 12:38 (UTC +04:00)
Bakıda səfərdə olan Avropa Şurası Parlament Assambleyası (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel bu gün hüquq müdafiəçiləri Arzu Abdullayeva, Səidə Qocamanlı, Novella Cəfəroğlu, Səadət Bənəyarlı, Azərbaycan Naminə İctimai Birliyinin sədri Eldar Namazov, politoloq Zərdüşt Əlizadə ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, mətbuat və söz azadlığa sahəsindəki problemlər, insan hüquqlarının durumu ilə bağlı müzakirələr aparılıb. A. Herkelin bu gün, həmçinin, həbsdə dünyasını dəyişmiş keçmiş ADP-çi Fainə Kunqurovanın ailəsi, “Tolişi Sədo” qəzetinin həbsdə olan baş redaktoru Novruzəli Məmmədovun Hüquqlarını Müdafiə Komitəsinin sədri Hilal Məmmədov, həbsdə olan Rasim Əkbərovun atası Ağa Əkbərov, Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynli, sabiq səhiyyə naziri Əli İnsanovun vəkili Ağaveyis Şahverdi və “Dalğa” Gənclər Hərəkatının üzvləri ilə görüşü nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR