Bakıda “Avropa Birliyi və Avropa Şurasının insan haqları üzrə siyasəti: Avrointeqrasiya prosesləri çərçivəsində Azərbaycanın perspektivləri” adlı beynəlxalq konfrans işinə başlayıb
Avropa Şurası baş katibinin xüsusi nümayəndəsi Denis Bribosia isə çıxışını Azərbaycanın beynəlxalq təşkilatlara inteqrasiyası perspektivləri üzərində qurub. O, istənilən ölkənin inteqrasiya prosesinin uzun və ağır yol olduğunu bildirib. Azərbaycanın Avropa Şurasına daxil olarkən öhdəliklər götürdüyünü xatırladan xüsusi nümayəndə bunların sırasında media azadlığı, insan hüquqlarının qorunması, “Alternativ xidmət haqqında” qanunun qəbulu, Seçki Məcəlləsinin modernləşdirilməsi, milli azlıqlarla bağlı siyasət, məhkəmə sistemində islahatlar aparılması, yerli özünüidarəetmə orqanları ilə bağlı qanunun qəbul edilməsi və s olduğunu xatırladıb. O, Azərbaycanda “Bələdiyyələr haqqında” qanunun hazırlanmasını müsbət hal kimi qiymətləndirib. D. Bribosia ölkədə medianın durumu ilə bağlı Avropa Şurasının baş katibi Terri Devisin son açıqlamasını xatırladaraq, qurumun media ilə bağlı vəziyyətdən narahatlığını ifadə edib.
Avropa Evinin Bakıdakı nümayəndəsi İndrid Gösinger isə çıxışında insan hüquqları ilə bağlı məsələnin bütün dünyada müzakirə edildiyini vurğulayıb. O bildirib ki, Avropa Birliyi 2008-ci il üçün “Demokratiyada Avropa vasitələri” adlı xüsusi 2 milyon avro dəyərində layihə hazırlayıb. Layihənin məzmunu insan hüquqları sahəsində Avropa təcrübəsini öyrənmək, bu sahə ilə bağlı çoxsaylı seminar-treninqlərin keçirilməsidir. İ. Gösinger Azərbaycanda insan haqları ilə məşğul olan QHT-ləri bu layihədə iştirak etməyə çağırıb.
Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel isə çıxışını Azərbaycan dilində edib. O, ölkəmizdə insan haqları və media ilə bağlı vəziyyətdən narahatlığını ifadə edərək, islahatların aparılması üçün müzakirələrə ehtiyac olduğunu söyləyib.
ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi isə çıxışını daha çox ölkəmizlə NATO arasındakı münasibətlərə həsr edib. Xanım səfir bunu ölkəsinin Avropa Birliyi və Avropa Şurasına üzv olmaması ilə əlaqələndirib. O, eyni zamana NATO-nun təkcə hərbi deyil, həm də insan haqlarını qoruyan, buna önəm verən təşkilat olduğunu söyləyib. E. Dersi Azərbaycanın Avrointeqrasiya yolu tutumasından çox məmnun olduqlarını, ölkənin demokratiya yolunda irəliləməklə bağlı siyasət seçməsinin düzgünlüyünü vurğulayıb. O, Heydər Əliyevin “Azərbaycanın yolu demokratiya yoludur” fikirlərindən sitat gətirib və prezident İlham Əliyevin bu yola sadiqliyini ifadə etməsindən məmnunluğunu vurğulayıb: “Biz Azərbaycanın siyasi seçimini dəstəkləyirik. İnanırıq ki, inteqrasiya Azərbaycanın müstəqilliyini və təhlükəsizliyini təmin edən ən yaxşı yoldur”.
Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili Elmira Süleymanova da tədbirdə çıxış edib və ölkəımizdə siyasi, iqtisadi islahatlar aparıldığını, məhkəmə sahəsində ötən illər ərzində baş verən irəliləyişlərdən danışıb. O, insan haqları sahəsində problemlər olduğunu söyləyərək, bununla bağlı mütəmadi müzakirələrin keçirildiyini, maarifləndirici iş aparıldığını, tədbirlər görüldüyünü bildirib. /APA/
Daxili siyasət
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
Azərbaycanda Süni intellektin inkişafı üzrə məsul dövlət orqanları müəyyənləşib - SİYAHI
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində təqsirləndirilən şəxslərin çıxışları başa çatıb
Əhalinin siyahıyaalınması sahəsində görüləcək hazırlıq işləri açıqlanıb
Xəbər Lenti
FHN əlilliyi olan şəxslər və onlara qulluq edənlər üçün tədbir keçirib
Aİ Rusiyaya qarşı 21-ci sanksiyalar paketi üzrə razılığa gəlib
Qubada və Bakıda Türkiyə–Azərbaycan Peşə Təhsil Müəssisəsi yaradılacaq
Pakistanda son sutkada güclü yağış və sel nəticəsində 15 nəfər ölüb, 40 nəfər yaralanıb
Media nümayəndələri üçün süni intellekt mövzusunda təlim təşkil edilib
Bank of Baku-da Azərbaycan Dili Günü – seminar təşkil edilib
Azərbaycan Kiçik Ada Dövlətlərinə Ümumdünya İrsinin qorunmasında dəstək verəcək
Respublika üzrə iyul ayının pensiya ödənişi yekunlaşıb
Peşə təhsili müəssisələrinə qəbul prosesinə start verilib
Agentlik: Peşə təhsilinə bu il 28 mindən çox tələbənin qəbulu hədəflənir
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
FTB Argentina Futbol Assosiasiyasının prezidentini Nyu-York aeroportunda saxlayıb
Ukraynanın Voronejə PUA hücumu nəticəsində 3 yaşlı uşaq ölüb, valideynləri yaralanıb
APA TV-də XƏBƏRAPARAN - CANLI
Lavrovla Rubio görüşüb, danışıqlar 35 dəqiqə davam edib - YENİLƏNİB
DİN skuter və velosiped sürücülərinə müraciət edib
Azərbaycan neftinin qiyməti 100 dolları ötüb
Qızıl və gümüş ucuzlaşıb
GL Group və Baker Hughes şirkətləri Strateji Əməkdaşlıq Xidmətləri Sazişi imzalayıb
Bu günün valyuta məzənnələri
Nyu-York birjasında təbii qaz bahalaşıb
SEPAH Qətər və Küveytdəki ABŞ bazalarını vurduğunu açıqlayıb
Tarixi nailiyyət: GL Group ABŞ-da dörd neft-qaz aktivini əldə edən ilk Azərbaycan şirkəti olub
Kriptobirjada son durum: "Bitcoin" 1%-dən çox ucuzlaşıb
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Neftin qiyməti 96 dolları ötüb
ABŞ İranda hərbi hədəflərə zərbələr endirməyi başa çatdırdığını açıqlayıb - YENİLƏNİB
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Ağdamın Kəngərli kəndində açıq ərazidə yanğın baş verib
Ağdamda açıq ərazidə baş verən yanğın söndürülüb - VİDEO - YENİLƏNİB3
KİV: ABŞ İrana qarşı əməliyyatı genişləndirməyə hazırlaşır
ABŞ ordusunun İran və İraq arasındakı keçid məntəqəsinə hücumu nəticəsində 2 nəfər ölüb, 11 nəfər yaralanıb
Fransada istilər minlərlə insanın ölümünə səbəb olub
ABŞ Konqresi Pentaqona 1,15 trilyon dollar vəsaitin ayrılmasını təsdiqləyib
Çilidə güclü yağışlar 13 nəfərin həyatına son qoyub
Husilər Səudiyyə Ərəbistanının iki tankerinə hücum ediblər
ABŞ Səudiyyə Ərəbistanı ilə nüvə sazişi imzalayıb
Böyük Britaniya diplomatlarını İrandan çıxarıb
Ərbildə ard-arda partlayışlar baş verib
NATO yanacaq anbarlarının modernləşdirilməsi üçün 27 milyard avroluq planı qəbul edib
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
Azərbaycanın sədrliyi ilə AQEM Yüksək Səviyyəli Şəxslər Komitəsinin növbəti iclası keçirilib
Əraqçi: İrana qarşı istənilən təcavüz qətiyyətli cavabla qarşılanacaq
NTV-nın sədr müavini vəzifəsindən azad edilib
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
İran parlamentinin sədri: Neftimizi satmadığımız bir bölgədə heç kim öz neftini satmayacaq
Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub - YENİLƏNİB
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq