Bank Of Baku

Ombudsman: “Fərhad Əliyevin ailə üzvlərinin və vəkillərinin onunla görüşünə şərait yaradılır”

Ombudsman: “Fərhad Əliyevin ailə üzvlərinin və vəkillərinin onunla görüşünə şərait yaradılır”
# 09 dekabr 2007 10:06 (UTC +04:00)
“Azərbaycanda insan hüquqlarının qorunması sahəsində çox ciddi işlər görülüb. Amma bununla yanaşı, biz problemlərin olduğunu da danmırıq”. APA-nın məlumatına görə, bunu Azərbaycanın İnsan Haqları üzrə Müvəkkili Elmira Süleymanova deyib. E. Süleymanova bildirib ki, bəzən polis saxlanma məntəqələrində müəyyən işgəncə faktları aşkarlanır. O, həmçinin məhbusların saxlanması sahəsində, xüsusilə Qobustan həbsxanasında problemlərin olduğunu bildirib. E. Süleymanova bu çatışmazlıqların aradan qaldırılması üçün mütəmadi olaraq seminar-treninqlər keçirildiyini, maarifləndirmə işləri aparıldığını, Ombudsman Aparatının əməkdaşları tərəfindən təcridxanalara baxış keçirildiyini də söyləyib.
Ombudsman jurnalistlərin həbsi məsələsindən narahatlığını ifadə edib: “Biz jurnalistlərin həbsini dəstəkləmirik. Onların işinin ədalətli araşdırlmasına çalışırıq. Amma jurnalistlər də yazarkən ədalətli olmalıdırlar”.
Ombusman “Azadlıq” radiosunun əməkdaşı İlqar Nəsibovla bağlı məsələnin araşdırılması üçün hələ Naxçıvan Muxtar Respublikasına əməkdaşlarını göndərmədiklərini, telefon vasitəsilə araşdırma apardıqlarnı deyib.
Müvəkkil sabiq nazir Fərhad Əliyevin səhhətinin pisləşməsi və müalicə olunmasına şərait yaradılmaması ilə bağlı sualı da cavablandırıb. O bildiirb ki, mütəmadi olaraq, MTN-nin təcridxanasına baxış keçirərək, burda saxlanılan sabiq nazirlərlə və digərləri ilə görüşür. Əliyevin səhhəti ilə bağlı MTN rəhbərliyinə müraciət edildiyini, lazım olacağı təqdirdə onun müalicə müəssisəsinə köçürüləcəyini deyən E. Süleymanova sabiq nazirin ailə üzvləri və vəkilləri ilə görüşməsinə imkan verilməməsi ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını da söyləyib: “Biz araşdırma aparmışıq, ailə üzvlərindən və vəkillərindən kim istəyirsə, onunla görüşə imkan yaradılır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR