Bank Of Baku

Andres Herkel həmməruzəçilərin Azərbaycanla bağlı növbəti hesabatının hələ hazır olmadığını bildirib

Andres Herkel həmməruzəçilərin Azərbaycanla bağlı növbəti hesabatının hələ hazır olmadığını bildirib
# 09 dekabr 2007 10:22 (UTC +04:00)
“Biz Azərbaycanda jurnalistlərin həbsinin davam etməsindən narahatıq”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyib. Onun sözlərinə görə, Azərbaycan Avropa Şurasına üzv olarkən, götürdüyü öhdəliklər sırasında media azadlığı və insan hüquqları ilə bağlı məsələlər priorotet təşkil edir. Məruzəçinin fikrincə, jurnalistlərin həbsi faktı təkcə onların yaxınlarına deyil, eyni zamanda mediaya da mənfi təsir edir və ölkədəki seçkiöncəsi vəziyyət üçün arzuolunmaz mühit yaradır.
O, Avropa Şurası Venesiya Komissiyasının Vesnesiyada keçiriləcək 73-cü plenar sessiyasında iştirak edəcəyini, orada Azərbaycanda sərbəst toplaşma azadlığı ilə bağlı müzakirələr aparılacağını da deyib.
A. Herkel Seçki Məcəlləsi ilə bağlı müzakirələrə aid suala cavabında mükəmməl kodeksin olmasının hər şeyi həll etmədiyini deyib: “İstənilən qanunda əsas məsələ mükəmməllik deyil. Məsələ qanuna praktikada necə əməl olunmasıdır. “
Həmməruzəçi Avropa Şurasının yanvar sessiyasında Azərbaycanla bağlı hər hansı qərar qəbul ediləcəyi ilə bağlı bir söz deməkdə çətinlik çəkib. O, növbəti hesabatının nə vaxt hazır olacağını da hələ bilmədiyini söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR