Bank Of Baku

Kaliforniyada 21 Azər hökumətinin yaradılmasının 62 illiyinə həsr olunmuş tədbir keçirilib

Kaliforniyada 21 Azər hökumətinin yaradılmasının 62 illiyinə həsr olunmuş tədbir keçirilib
# 10 dekabr 2007 08:01 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Şimali Kaliforniya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə həyata keçirilən bu tədbirdə əsas məruzə ilə tarixçi Cəmil Həsənli çıxış edib. Məruzəçi İranda 12 dekabr (21 Azər) 1945-ci ildə yaradılan muxtariyyət statuslu milli hökuməti öz tarixi missiyasına və mirasına görə 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Respublikası ilə müqayisə edib. Tarixçi milli hökumətin süqutundan 62 ildən çox vaxt keçməsinə baxmayaraq 12 dekabr gününün dünyanın bir çox yerlərində anıldığını bildirib. O, 21 Azər hökumətinin Cənubi Azərbaycanın tarixində misilsiz rol oynadığını, azərbaycanlıların milli oyanışında, milli kimliyinin müəyyən edilməsində dərin iz buraxdığını xatırladıb. Cənab Həsənli bu hərəkatın Moskvadan süni şəkildə idarə olunduğu, onun xalqa heç bir aidiyyəti olmaması iddiası ilə razılaşmayaraq bildirib ki, o zaman SSRİ rəhbərliyi analoji planları ittifaqın digər sərhəd regionlarında da həyata keçirməyi planlaşdırırdı: “Lakin yerli əhalinin dəstəyi olmadığı üçün bu planlar puça uğradı”. Cəmil Həsənli milli hökumətin rəhbəri Məhəmməd Seyid Cəfər Pişəvərinin bir çox məsələlərdə müstəqil, bəzi hallarda isə rəsmi Moskvanın tələblərinə əksinə olan addımlar ataraq, yerli hökumətin maraqlarını təmin etdiyini deyib. Natiq bir il hakimiyyətdə olduğu dövrdə 21 Azər hökumətinin ciddi islahatlar həyata keçirdiyini faktlarla sübuta yetirib: “Bu nailiyyətlər sırasında ilk dəfə olaraq Azərbaycan dilində “Vətən Yolunda” qəzetin nəşrini, Azərbaycan radiosunun fəaliyyətə başlaması, Təbrizdə Milli Konservatoriyanın təşkil edilməsini qeyd etmək olar. Simali Azərbaycanın nüfuzlu simaları sayılan bəstəkarlar Cahangir Cahangirov, Əfrasiyab Bədəlbəyli, yazıçılar Süleyman Rüstəm, Rəsul Rza həmin dövrdə yerli hökumətə yerlərdə çox yardımlar göstəriblər. Azərbaycan Kommunist Partiyasının üçüncü katibi Əziz Əliyev 1940-1945-ci illərdə Cənubu Azərbaycanın səhiyyə xəritəsini tərtib edib”. Məruzəçi yerli hökumətin süquta uğramasının səbəbini Moskvada işləyən erməni əsilli rəhbərlərin intriqaları ilə deyil, II dünya müharibəsindən sonra ABŞ-ın yeni qlobal qüvvəyə çevrilməsi ilə izah edib. Onun sözlərinə görə, həmin dövrdə məhz ABŞ-ın təzyiqindən sonra SSRİ rəhbərliyi cənubdan öz ordu birləşmələrini çıxarmaq qərarına gəlib. San Xose şəhər kitabxanasında keçirilən tədbir məşhur pianoçu Çingiz Sadıxovun
Azərbaycanın məşhur bəstəkarlarının əsərlərinin ifa etməsi ilə başa çatıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR