Bank Of Baku

Ramiz Mehdiyev: “Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər məsələsinə 2008-ci ilin aprel-may aylarına qədər baxılacaq”

Ramiz Mehdiyev: “Azərbaycanın Seçki Məcəlləsinə dəyişikliklər məsələsinə  2008-ci ilin aprel-may aylarına qədər baxılacaq”
# 10 dekabr 2007 08:31 (UTC +04:00)
APA-nın xəbərinə görə, bu sözləri Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev deyib. R. Mehdiyev bildirib ki, 2008-ci ilin aprel-may aylarına qədər bu məsələlərə baxılacaq. Bəzi beynəlxalq təşkilatların Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı tənqidinə münasibət açıqlayan R. Mehdiyev bunun həmin təşkilatların öz baxışı kimi qiymətləndirib: “Ancaq Azərbaycanda insan haqları qorunur, azad sözə məhdudiyyət qoyulmur. Müxtəlif beynəlxalq təşkilatlar bu məsələlərə öz nöqteyi-nəzərlərindən baxırlar”. R. Mehdiyev korrupsiyanın ağır problem olduğunu da deyib: “Ona görə də korrupsiya ilə mübarizə sahəsində beynəlxalq təşkilatlarla bir sıra tədbir həyata keçiririk. Bu tədbirlərin böyük əhəmiyyəti var. Hesab edirəm ki, korrupsiyanın səviyyəsi azalmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR