Bank Of Baku

Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası öz işinə başlayıb

Bakıda Azərbaycan-NATO Beynəlxalq Məktəbinin qış sessiyası öz işinə başlayıb
# 10 dekabr 2007 09:23 (UTC +04:00)
APA-nın xəbərinə görə, tədbiri açıq elan edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Azərbaycan Avroatlantik strukturlarla sıx əməkdaşlıq edir: “Dekabrın 15-nə qədər davam edəcək sessiya zamanı təhlükəsizlik çağırışları və konfliktlərin aradan qaldırılması yolları müzakirə olunacaq”.
Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu Azərbaycanın böyük perspektivlərə malik ölkə olduğunu vurğulayıb: “Türkiyə ilə Azərbaycan iki qardaş ölkədir. Ona görə də Qarabağ bizim üçün çox vacib məsələdir. Xüsusən də təhlükəsizlik baxımından”.
NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Zbiqnev Rybacki Azərbaycanın Avroatlantik strukturlara inteqrasiyasını dəstəklədiklərini söyləyib: “Azərbaycan NATO üçün bir çox sahələrdə mühüm əhəmiyyət kəsb edir. Xüsusən regional təhlükəsizlik və terrorla mübarizə sahəsində Azərbaycanın rolu danılmazdır”.
Qeyd edək ki, tədbir “Avro-Atlantik məkanda sülh əməliyyatları: problemlər və perspektivlər” mövzusuna həsr olunub. Sessiyada NATO-nun Tərəfdaşlıq proqramları və Qafqaz siyasəti, sülh əməliyyatlarının prinsipləri və hüquqi aspektləri, NATO-nun sülh əməliyyatları, sülh və müharibə anlayışlarına konseptual yanaşmalar, post-konflikt cəmiyyətlərində təhlükəsizlik sektorunun islahatları, sülh əməliyyatlarına milli yanaşmalar, Media və mülki təşkilatların sülh yaratma prosesində rolu, mülki-hərbi əlaqələr, sülh əməliyyatlarının problem və perspektivləri haqqında müzakirələr aparılacaq. NİSA-nın Qış Sessiyası Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və NATO-nun İctimai Diplomatiya İdarəsinin ekspert və maliyyə yardımı ilə keçirilir. “NATO İnternational School of Azerbaijan”ın məqsədi Avro-Atlantika məkanı və onun hüdudlarından kənarda yerləşən NATO üzv və tərəfdaş dövlətlərin gənc elmi tədqiqatçıları, müstəqil ekspertləri və habelə, hərbi və mülki nümayəndələri arasında əməkdaşlıq şəbəkəsinin qurulması, “təhlükəsizliyin bölünməzliyi” prinsipindən çıxış edərək, çağdaş təhdidlərin müzakirəsi və birgə səylərlə, onların həlli yollarının araşdırılmasından ibarətdir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR