Bank Of Baku

Azərbaycanlıların Ermənistandan son deportasiyasından 19 il ötür

Azərbaycanlıların Ermənistandan son deportasiyasından 19 il ötür
# 10 dekabr 2007 09:58 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) “Soyqırım və İnsan Hüquqlarını Araşdırma Mərkəzi” (SİHAM) ilə birlikdə “Qərbi Azərbaycanın işğalı başa çatdı: soyqırım” mövzusunda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, SİHAM-ın direktoru Telman Qasımov 1988-ci il dekabrın 10-da Ermənistanda yaşayan 500 mindən artıq azərbaycanlının öz doğma torpaqlarından zorla köçürülməsindən 19 il ötdüyünü bildirib. T. Qasımov hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, dünya ictimaiyyətinin hələ də bu məsələyə layiqli qiymət vermədiyini söyləyib. O, sülhsevər beynəlxalq təşkilatlardan erməni işğalı nəticəsində Qərbi Azərbaycandan və Qarabağdan qaçqın və köçkün düşən soydaşlarımızın hüquqlarının bərpasını və ata-baba torpaqlarına qayıtmalarına şərait yaradılmasını tələb etdiklərini vurğulayıb. Tədbirə Brüsseldən telefon bağlantısı ilə qoşulan Azərbaycan-Belçika Evinin sədri Bülənt Gürcan Avropada yaşayan azərbaycanlıların Avropa ictimaiyyətini ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım barəsində məlumatlandırmaq istiqamətində fəaliyyət göstərdiklərini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR