Bank Of Baku

YAP Gənclər Birliyi Heydər Əliyevin vəfatının 4-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirib

YAP Gənclər Birliyi Heydər Əliyevin vəfatının 4-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirib
# 10 dekabr 2007 10:28 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Heydər Əliyevin vəfatının 4-cü ildönümünə həsr olunmuş anım mərasimi keçirib. APA-nın məlumatına görə, tədbirə YAP Gənclər Birliyinin üzvləri, ayrı-ayrı ali məktəblərin tələbələri, millət vəkilləri iştirak ediblər. YAP Gənclər Birliyinin sədri Ramin Məmmədov 4 il müddətində rəhbərlik etdiyi təşkilatın bir sıra tədbirlər həyata keçirdiyini, anım toplantıları təşkil etdiyini qeyd edib. Milli Məclisin komissiya sədri, millət vəkili Eldar İbrahimov tədbirdə Heydər Əliyevlə bağlı xatirələri barədə danışıb. O, Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması, muxtar respkblikadakı fəaliyyəti, YAP-ın yaradılması, üzləşdiyi təzyiqlər, Heydər Əliyevin Bakıya dəvəti və hakimiyyətə gəlişi ilə bağlı bir sıra məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbirdə iştirak edən ali məktəblərin təmsilçiləri də Heydər Əliyevin Azərbaycanın siyasi həyatında oynadığı rolla bağlı öz fikirlərini bildiriblər. Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov isə Heydər Əliyevin ideyalarının mütərəqqi olduğunu vurğulayıb: “Buna görə də həmin ideyaları həyata keçirmək mükün olur”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR