Bank Of Baku

Eldar İbrahimov: “ATƏT Azərbaycanda prezident seçkilərini müşahidədən imtina etməyəcək”

Eldar İbrahimov: “ATƏT Azərbaycanda prezident seçkilərini müşahidədən imtina etməyəcək”
# 10 dekabr 2007 10:41 (UTC +04:00)
“ATƏT-in müşahidə missiyası Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidədən imtina etməyəcək”. Bu açıqlamanı APA-ya ATƏT Parlament Assambleyasının Azərbaycandan olan nümayəndə heyətinin üzvü Eldar İbrahimov verib. Onun sözlərinə görə, belə fikirlər səsləndirən şəxslər Azərbaycanı Rusiya ilə səhv salırlar: “Müxalifətdən olan adamlar səhv başa düşürlər, Azərbaycan Rusiya deyil. Azərbaycan artıq sözün əsl mənasında, dünya səviyyəsində, beynəlxalq təşkilatlarda, xüsusilə ATƏT-də çox demokratik, müstəqil inkişafda olan dövlət kimi tanınır. Mən inanmıram ki, Rusiyadakı hadisələr gələcəkdə Azərbaycanda ola bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR