Bank Of Baku

İqtidaryönlü partiyalar Heydər Əliyevin vəfatının dördüncü ildönümü ilə bağlı tədbir keçiriblər

İqtidaryönlü partiyalar Heydər Əliyevin vəfatının dördüncü ildönümü ilə bağlı tədbir keçiriblər
# 10 dekabr 2007 10:55 (UTC +04:00)
İqtidaryönlü partiyaların Məşvərət Məclisi Heydər Əliyevin vəfatının dördüncü ildönümü ilə bağlı tədbir keçirib. APA-nın məlumatına görə, Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Məmməd Əlizadə H. Əliyevin Azərbaycan tarixindəki rolundan danışıb. O bildirib ki, mərhum prezident bütün ömrü boyu Azərbaycanın inkişafı üçün zəruri qərarlar qəbul edib və qarşıya çıxan problemlərin həllinə nail olub. H. Əliyevin Azərbaycanı dağılmaqdan xilas etdiyini vurğulayan M. Əlizadə eks-prezident Əbülfəz Elçibəyin və xalqın təkidilə onu ikinci dəfə hakimiyyətə çağırdığını deyib. Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov və Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı da H. Əliyevin fəaliyyətinin bir sıra məqamlarından danışıblar. Onların sözlərinə görə, Azərbaycanın bu günkü uğurları H. Əliyevin adı ilə bağlıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR