Bank Of Baku

Eldar İbrahimov: “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 14 ildə 14 santimetr belə irəliləyiş əldə etməyib”

Eldar İbrahimov: “ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 14 ildə 14 santimetr belə irəliləyiş əldə etməyib”
# 10 dekabr 2007 11:01 (UTC +04:00)
Onun sözlərinə görə, həmsədrlər hər iki ölkə başçısı ilə konkret danışıqlar aparmalı və problemin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həllinə çalışmalıdırlar: “Onlar isə bunu etmir, yalnız söz aparıb, söz gətirirlər. Gedirlər Ermənistanda Köçəryana deyirlər ki, “sən yaxşı adamsan, düz deyirsən”, gəlib Azərbaycanda da eyni sözü bizə deyirlər. Bəs məsələ niyə həll olunmur? Problemi kim həll etməlidir? Minsk Qrupu nə üçün yaradılıb? Neçə illərdir deyirəm, yenə də bildirirəm ki, Minsk Qrupunun fəaliyyətindən narazıyam”. E. İbrahimovun sözlərinə görə, prezidentlər vasitəçilərsiz danışıqlar aparıb problemi həll etməlidirlər: “Bizim prezidentdə o iradə var, Ermənistanın da prezidenti özündə siyasi iradə tapmalı, məsələ sülh yolu ilə həll olunmalıdır. Vasitəçilərin heç bir xeyri yoxdur. Bu, mənim şəxsi fikrimdir, hər yerdə demişəm, hətta fikrimi ATƏT Parlament Assambleyasında da səsləndirmişəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR