Bank Of Baku

Azərbaycan parlamentinin sədr müavini Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a gedib

Azərbaycan parlamentinin sədr müavini Valeh Ələsgərovun başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a gedib
# 10 dekabr 2007 11:19 (UTC +04:00)
Milli Məclisin sədr müavini Valeh Ələsgərov, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov və deputat Asim Mollazadə “Azərbaycan-Türkiyə-ABŞ əlaqələri və onun Avrasiya üçün əhəmiyyəti” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün ABŞ-a gediblər. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin təşkil etdiyi tədbirdə Azərbaycan, Türkiyə və ABŞ-ın Avrasiyanın başlıca geosiyasi məsələlərinə münasibəti, Avrasiyada üçtərəfli əməkdaşlıq üçün mövcud imkanlar, enerji təhlükəsizliyi və digər məsələlər müzakirə ediləcək.
Səfər çərçivəsində Azərbaycan, Türkiyə və yəhudi diaspora təşkilatları ilə görüşlər keçiriləcək, Dağlıq Qarabağ problemi, Türkiyəyə qarşı əsassız “erməni soyqırımı” iddiaları mövzularında fikir mübadiləsi aparılacaq. Tədbirlərdə nümayəndə heyətinin rəhbəri Valeh Ələsgərov və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər. Səfər dekabrın 14-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR