Bank Of Baku

AVCİYA-nın nümayəndə heyəti İFES təmsilçiləri ilə görüşüb

AVCİYA-nın nümayəndə heyəti İFES təmsilçiləri ilə görüşüb
# 10 dekabr 2007 11:19 (UTC +04:00)
ABŞ-ın “Bob Lorens Assosiasiyası”nin dəvəti ilə Vaşinqtonda səfərdə olan Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) nümayəndə heyəti İFES-in vitse-prezidenti Cames Vermillion, Avropa və Asiya uzrə proqram meneceri Entoni K. Boyer və proqramın koordinatoru İrina Zaslavskaya ilə görüş keçirib. AVCİYA-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, C. Vermillion İFES-in Azərbaycanda həyata keçirdiyi proqramlarla bağlı məlumat verib. Nümayəndə heyətinin üzvləri Vəli Əlibəyov və Məhərrəm Zülfüqarlı Azərbaycanda keçirilmiş seçkilər, qarşıdan gələn prezident seçkiləri, AVCİYA-nın prezident seçkiləri ilə əlaqədar görəcəyi işlər, Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı müxtəlif təşkilatların təklifləri haqqında İFES rəsmilərinə məlumat veriblər. Görüşdə İFES-lə AVCİYA arasında gələcək əməkdaşlıqla bağlı ilkin razılıq əldə olunub. Nümayəndə heyəti həmçinin ABŞ Senatında senator Patrijk Leahyn, ABŞ Dövlət Departamentinin “Demokratiya və insan haqları” qurumunun rəhbəri Cendy Silvermanla görüş keçiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR