Bank Of Baku

Azərbaycanın fövqəladə hallar naziri Qətərdə səfərdə olub

Azərbaycanın fövqəladə hallar naziri Qətərdə səfərdə olub
# 10 dekabr 2007 11:47 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi (FHN) İctimaiyyətlə Əlaqə İdarəsindən APA-ya verilən məlumata görə, səfərin keçirilməsində əsas məqsəd müvafiq dövlət qurumları arasında yeni əlaqələrin qurulması və inkişaf etdirilməsi, gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran məsələlərin müzakirə edilməsi olub. Görüşdə Azərbaycan FHN və Qətərin Daxili İşlər Nazirliyi arasında təbii və texnogen mənşəli fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması məqsədilə birgə müşavirə, konfrans, tədris kursları, məşqlər, təlimlərin keçirilməsi, qarşılıqlı olaraq, tədris müəssisələrində mütəxəssislərin hazırlığının təşkili, təcrübə keçənlərin, mütəxəssislərin və digər əməkdaşların mübadiləsi kimi məsələlər müzakirə olunub: “ Səfərin səmərəli və məhsuldar keçməsi hər iki ölkənin müvafiq qurumları arasında dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə də ölkələrimiz üçün qarşılıqlı fayda əsasında inkişafına böyük təkan verəcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR