Bank Of Baku

Müasir Müsavat Partiyası III qurultaya hazırlıq məsələsini müzakirə edib

Müasir Müsavat Partiyası III qurultaya hazırlıq məsələsini müzakirə edib
# 10 dekabr 2007 11:57 (UTC +04:00)
Müasir Müsavat Partiyası (MMP) İdarə Heyəti, Qərbi Azərbaycanlıların Əlaqələndirmə Şurası və partiyanın 5 rayon təşkilatı sədrinin iştirakı ilə toplantı keçirilib. MMP-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, toplantıda 1988-ci ildə Ermənistandan azərbaycanlıların deportasiyası zamanı baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Toplantıda həmçinin partiyanın III qurultayına hazırlıqla bağlı məsələ müzakirə edilib, Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin hesabatı dinlənilib. Yığıncaqda partiyanın seçkiqabağı fəaliyyəti də müzakirə mövzusu olub və MMP sədrinin qərarı ilə bəzi postlara təyin olunan şəxslərin adları açıqlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR