Bank Of Baku

Avropa Şurasının “Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə Strategiyasına Dəstək” adlı yeni layihəsinin təqdimat mərasimi keçirilib

Avropa Şurasının “Azərbaycanda Korrupsiyaya qarşı Mübarizə Strategiyasına Dəstək” adlı yeni layihəsinin təqdimat mərasimi keçirilib
# 10 dekabr 2007 12:21 (UTC +04:00)
APA-nın məlumatına görə, AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Bribosia layihənin həyata keçirilməsinin vacibliyini qeyd edib, AŞ-nin korrupsiyaya qarşı mübarizəyə önəm verdiyini deyib. Azərbaycan Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev bildirib ki, Azərbaycanın AŞ ilə əməkdaşlığının 11 illik tarixi var. O, ölkədə həyata keçirilən islahatların Avropaya inteqrasiyaya zəmin yaratdığını deyib: “Avropa Şurası fəaliyyətində ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını, münaqişələrin sülh yolu ilə həllini, insan hüquqlarının qorunması kimi dəyərləri rəhbər tutur. Təəssüf ki, Azərbaycanın Ermənistan tərəfindən hərbi təcavüzə məruz qalması, ərazi bütövlüyünün pozulması, bir milyona yaxın insanın qaçqın və məcburi köçkün olması bu günədək beynəlxalq təşkilatlar və Avropa dövlətləri tərəfindən ədalətlə araşdırılmayıb və buna düzgün qiymət verilməyib. Baxmayaraq ki, Azərbaycan torpaqlarının işğal olunması və bunun nəticələri beynəlxalq hüquqi prinsiplərin kobud şəkildə pozulmasına gətirib çıxarıb. Biz münaqişənin sülh yolu ilə həllinə ümid edirik. Azərbaycan müharibə şəraitində yaşamasına baxmayaraq, bütün sahələrdə aparılan islahatları daha da dərinləşdirir”. AŞ Əməkdaşlıq Departamentinin direktoru Giovanni Palmieri, USAİD-ın Azərbaycanın ölkə koordinatoru Scott Taylor da korrupsiyaya qarşı mübarizənin vacibliyindən danışıblar. Prezident Aparatı hüquq-mühafizə orqanları ilə iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov isə bildirib ki, bu ilin iyulunda Şəffaflığın artırılması və korrupsiyaya qarşı milli Strategiya qəbul olunub. 5 il ərzində icra ediləcək Milli Strategiya bu sahədə sistemli tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.
Sonda layihənin icrası üzrə Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası və Avropa Şurası arasında Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, iki illik layihə AŞ nəzdində olan korrupsiyaya qarşı dövlətlər qrupunun (GRECO) Azərbaycana təklif etdiyi tövsiyələrin həyata keçməsinə yardımı nəzərdə tutur. Cənubi Qafqazda əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilən layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) könüllü ianəsi hesabına maliyyələşdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR