Bank Of Baku

Asim Mollazadə ABŞ-da görüşlər keçirir

Asim Mollazadə ABŞ-da görüşlər keçirir
# 10 dekabr 2007 12:25 (UTC +04:00)
Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB), ABŞ-ın Hadson Universiteti və Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun dəvəti ilə Vaşinqtona gedib. DİP-dən APA-ya verilən məlumata görə, A. Mollazadə Ağ Evdə Milli Təhlükəsizlik Şurasının Avrasiya idarəsinin rəhbəri Maria Cermano ilə görüşüb. Onlar ABŞ-Azərbaycan münasibətləri, Cənubi Qafqazda münaqişələrin həlli mövzusunda fikir mübadiləsi aparıblar. A. Mollazadə Milli Təhlükəsizlik Şurasının Cənubi Qafqaz və Avrasiya məsələləri ilə məşğul olan bir sıra mütəxəssisləri ilə də görüşüb. Görüşlərdə Azərbaycanın inkişaf istiqamətləri və avroatlantik inteqrasiya problemləri əsas müzakirə mövzusu olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR