Bank Of Baku

Dekabrın 24-də VHP-nin qurultayı keçiriləcək

Dekabrın 24-də VHP-nin qurultayı keçiriləcək
# 10 dekabr 2007 13:19 (UTC +04:00)
Dekabrın 24-də Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) IV qurultayı keçiriləcək. VHP təşkilat şöbəsinin müdiri Samir Əsədli APA-ya bildirib ki, qurultaya 598 nümayəndə seçilib. O, qurultayda partiyanın Nizamnamə və Məramnaməsinə dəyişikliklər ediləcəyini deyib: “Qurultayda katiblik institutunun müavinliklə əvəzlənməsi, partiya rəhbərinin başqan adlandırılması ilə bağlı məsələlər müzakirəyə çıxarılacaq”. S. Əsədli Siyasi Şuranın səlahiyyətlərinin və Məclis üzvlərinin sayının artırılmasının nəzərdə tutulduğunu da əlavə edib. Onun sözlərinə görə, qurultayda VHP-nin prezident seçkiləri ilə bağlı mövqeyi də müəyyənləşəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR