Bank Of Baku

Tənzilə Rüstəmxanlı Türkiyənin bəzi hüquq-müdafiə təşkilatlarının İstanbulda keçirdiyi aksiyada çıxış edib

Tənzilə Rüstəmxanlı Türkiyənin bəzi hüquq-müdafiə təşkilatlarının İstanbulda keçirdiyi aksiyada çıxış edib
# 10 dekabr 2007 13:37 (UTC +04:00)
Türkiyənin “Ay-Yıldız Birliyi Platforması” Dünya İnsan Haqları Günü münasibətilə İstanbulun Qalatasaray meydanından Taksim meydanına qədər yürüş keçirib. APA-nın Türkiyə bürosunun xəbərinə ki, təşkilatın mətbuata yaydığı açıqlamada özlərini insan haqlarının müdafiəçisi adlandıran ABŞ və Avropa Birliyinin bu iddiasının yalan olduğu bildirilib: “Bütün dünya Fransanın Əlcəzairdə törətdiyi soyqırımın, Bosniyada, Əfqanıstanda və Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımların şahidi olub. Bu gün isə İraqda məzhəb və qardaş qırğını yaşanır, Kərkük türkləri təzyiqlərə məruz qalır. Demokratiya vədləri ilə İraqa bomba yağdıran Buş hökumətini qətiyyətlə pisləyirik”. Tədbirdə Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı da çıxış edib. O, İran və İraqda 35 milyon türkün öz varlığı uğrunda mübarizə apardığına diqqət çəkib: “Azərbaycan sizin bir parçanızdır. Bizlər bərabər hərəkət etməliyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR