Bank Of Baku

Xəzər İbrahim: “Hansısa prinsip razılaşdırılmayıbsa, bu, o deməkdir ki, ümumiyyətlə, bütün bazis prinsiplər razılaşdırılmayıb”

Xəzər İbrahim: “Hansısa prinsip razılaşdırılmayıbsa, bu, o deməkdir ki, ümumiyyətlə, bütün bazis prinsiplər razılaşdırılmayıb”
# 10 dekabr 2007 14:22 (UTC +04:00)
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqlarda əsas prinsiplərin neçə bəndən ibarət olması vacib deyil. Əsas odur ki, bazis prinsipləri nəyi əks etdirir və onların mahiyyəti nədən ibarətdir”. APA-nın məlumatına görə, bu sözləri münaqişənin həllinin əsas prinsipləri üzrə hansı məqamın razılaşdırılmamış qaldığına dair sualı cavablandıran Azərbaycan Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim deyib. O bildirib ki, əsas prinsiplərin mahiyyəti Ermənistan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması, Azərbaycanın həmin torpaqlardan qovulmuş əhalisinin öz torpaqlarına qayıtması və iki icma üçün normal həyat şəraitinin yaradılmasından ibarətdir: “Hansısa prinsip razılaşdırılmayıbsa, bu, o deməkdir ki, ümumiyyətlə, bütün bazis prinsiplər razılaşdırılmayıb. Bütün prinsiplər razılaşdırılmalıdır ki, biz irəliyə doğru addım atıldığını və inkişafa nail olunduğunu söyləyə bilək. Açıqlanmayan prinsip ona görə açıqlanmır ki, onunla bağlı razılığa gəlinməyib”. Diplomat danışıqlarda konfidensiallığın qorunduğunu xatırladıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR